Deputat ailəsi ilə birlikdə Bakıdan köçmək istəyir

14:32 - 14 İyul 2025 - Xəbər

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb.
O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək.

"Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm", - o vurğulayıb.

Xəbər xətti