Özbəkistan ərazisində 4,2 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 15:55-də qeydə alınıb. Zəlzələnin episentri Daşkənddən 532 km cənub-qərbdə, Buxara vilayətində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.