Almaniya kansleri Fridrix Merz Qəzza zolağında mövcud vəziyyəti qəbuledilməz adlandırıb və bir neçə həftədir ki, İsrailin anklavdakı hərəkətlərindən narazı olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Merz ARD telekanalına müsahibəsində "İsrail hökumətinin uzun həftələrdir Qəzza zolağında etdiklərini bəyənmirəm" deyib.
O, İsrailin baş naziri Benyamin Netanyahu ilə vəziyyəti bir neçə dəfə müzakirə etdiyini bildirib. "Ümid edirəm ki, biz avropalılar amerikalılarla birlikdə son nəticədə iki dövlətli həllinə gətirib çıxaracaq həll yolu tapa bilərik", - Almaniya kansleri vurğulayıb.
Onun sözlərinə görə, fələstinlilərin yaşaya biləcəkləri yerə haqqı var.
"Qəzza zolağında mövcud vəziyyət qəbuledilməzdir" deyə Merz yekunlaşdırıb.