Britaniya Ukraynaya 5 mindən çox raket verəcək

16:27 - 10 İyul 2025 - DÜNYA

Böyük Britaniya hakimiyyəti ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün Ukraynaya "Thales" hərbi-sənaye qrupu tərəfindən istehsal olunan 5 mindən çox raket tədarük edəcəklərini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinə istinadən Reuters agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq saziş iyulun 10-da Ukraynanın bərpası ilə bağlı konfransın keçirildiyi Romada Böyük Britaniyanın baş nazirinin müavini Angela Rayner tərəfindən imzalanacaq.

Xəbər xətti