ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Rusiyanın enerji sektoru ilə əlaqəli banklara və ya ABŞ-nin məhdudiyyətlərinə məruz qalan hər hansı Rusiya strukturlarına qarşı sanksiyalar tətbiq edən qanun layihəsi təqdim ediblər.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ Maliyyə Nazirliyi sanksiyaya məruz qalmış Rusiya fiziki və hüquqi şəxslərinə, həmçinin Rusiyanın enerji sektorunda çalışan hər hansı bir şəxsə “bilərəkdən əhəmiyyətli maliyyə xidmətləri göstərən hər hansı xarici maliyyə qurumlarının” normal fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görməlidir. Qanun layihəsi Konqresin aşağı palatasının üzvləri Zak Nann (Ayovadan respublikaçı) və Coş Qottaymer (Nyu Cersidən demokrat) tərəfindən hazırlanıb.
Nunn və Gottheymerin fikrincə, tədbirlər ya beş il müddətində, ya da ABŞ prezidenti Donald Tramp Konqresə Rusiyanın “Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı sabitliyi pozan hərəkətləri dayandırdığı” barədə məlumat verənə qədər qüvvədə olmalıdır.
Qanun layihəsinə görə, Amerika lideri öz mülahizəsinə əsasən, sənəddə nəzərdə tutulan məhdudiyyətləri 180 gündən çox olmayan müddətə dayandıra bilər.