İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 97 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri bir neçə yaşayış binasını bombalayıb və pilotsuz uçuş aparatlarından istifadə edərək, Qəzzanın cənub hissəsində Xan Yunisdə məcburi köçkünlər üçün çadır düşərgəsinə hücum edib.
Bundan əlavə, İsrailin PUA-ları anklavın mərkəzi hissəsindəki Nuseyrat bazarında bir qrup fələstinlini atəşə tutub.