8 minə yaxın müəllim işdən çıxarılıb

10:45 - 10 İyul 2025 - Xəbər

Artıq sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək.

Sertifikasiyanın 2022-ci ildən başladığını xatırladan nazir ümumilikdə bu proses çərçivəsində 7318 müəlliminin fəaliyyətinə xitam verildiyini diqqətə çatdırıb.

"Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyn müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil” - Emin Əmrullayev əlavə edib.

Xəbər xətti