Rusiya BƏƏ-də ən yüksək səviyyədə birbaşa Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz, şübhəsiz ki, belə birbaşa dialoq faktını alqışlayırıq və müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq”, - o vurğulayıb.