İsrail İrana zərbə endirməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qərb mətbuatı yaıb. Bu fonda Amerika hərbi bazaları tam hazırlıq vəziyyətinə gətirilib.
Tramp Ağ Evdə təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirib. ABŞ-nin İraqdakı səfirliyi təhlükə səviyyəsinin artması ilə əlaqədar əməkdaşlarını təxliyə etməyi planlaşdırır.
Həmçinin, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi obyektləri tam hazırlıq vəziyyətinə gətirilib.
"Müharibə başlasa, qarşı tərəf mütləq bizdən daha çox itki verəcək və Amerika regionu tərk etmək məcburiyyətində qalacaq. Biz heç bir tərəddüd etmədən regiondakı bütün Amerika bazalarını hədəfə alacağıq. Elə ötən həftə biz iki tonluq döyüş başlığı olan raketi sınaqdan keçirdik", - İranın müdafiə naziri jurnalistlərlə görüşündə deyib.
Gərginlik ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların dalana dirənməsi ilə əlaqələndirilir.
Artan gərginlik fonunda neftin qiyməti 5%-dən çox bahalaşaraq, demək olar ki, 70 dollar/barelə çatıb.