Bölgələrdə pensiya nə vaxt veriləcək?

11:14 - 10 Aprel 2025 - ÖLKƏ İÇİ

Aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Ucnoqta.az xəbər verir ki, pensiya vəsaitləri artıq təqaüdçülərin bank hesablarına köçürülüb.

Digər bölgələrdə pensiya ödənişlərinin aprelin 20-dən 28-dək mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər xətti