Zabratda su kəsiləcək

10:39 - 10 Aprel 2025 - Xəbər

Sabah saat 10:00-dan axşam saatlarına qədər Zabrat qəsəbəsinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbəni içməli su ilə təchiz edən xətdə təmir işlərinin aparılmasıdır.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Xəbər xətti