Aİ ABŞ-dən maye qaz alışını artıra bilər

09:32 - 10 Aprel 2025 - İQTİSADİYYAT

Avropa İttifaqı ABŞ prezidenti Donald Tramp administrasiyası ilə gərginliyi azaltmaq məqsədilə ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) alışını artıra bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzetinə müsahibəsində Avropa komissarı Den Yorgensen bildirib.

O vurğulayıb ki, Aİ əsasən bərpa olunan enerji mənbələrindən istifadə etməyi hədəfləsə də, bu, Amerikanın yeni tarifləri ilə əlaqədar ABŞ-dan LNG almaq üçün potensial öhdəlikləri istisna etmir. "Bizim ABŞ-dan böyük həcmdə qaz almaq potensialımız var, lakin biz onu yaşıl iqtisadiyyata keçidimizə mane olmayan şərtlərlə almalıyıq", - Yorgensen bildirib.

 

Onun fikrincə, enerji qiymətlərini aşağı salmaq və nəhayət, Rusiya xammalından imtina etmək üçün bərpa olunan enerji mənbələri lazımdır.

Xəbər xətti