ABŞ ordusu Yəmənin üsyançıların nəzarətində olan paytaxtı Sənada Ənsar Allah üsyançı hərəkatından husilərin mövqelərinə yeni bir sıra hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Səna səmasında Amerika təyyarələrinin intensiv hərəkəti qeydə alınıb, paytaxtda partlayış səsləri eşidilib.
Telekanalın mənbələrinə görə, ABŞ Nakum dağı ərazisində Ənsar Allah obyektlərinə üç zərbə endirib, həmçinin paytaxt bölgəsinin Bəni Xuşayş rayonunda husilərin mövqelərinə hücum edib.///tass