Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə ERA təcili kredit proqramı çərçivəsində Kiyevə 1 milyard avroluq üçüncü tranşı köçürüb.
Ucnoqta.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal Teleqram kanalında yazıb.
O qeyd edib ki, bu, artıq G7 ERA proqramı çərçivəsində üçüncü tranşdır. Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində avropalı müttəfiqlər artıq Ukraynaya 5 milyard avro vəsait ayırıblar.