Ən çox axtarılan terrorçu HƏBS EDİLDİ

12:51 - 18 Aprel 2025 - DÜNYA

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Hindistanın Pəncab əyalətində azı 14 terror aktında iştirakda və beynəlxalq terror təşkilatları ilə əlaqədə ittiham olunan Harpreet Sinqi həbs edib.

Ucnoqta.az-ın məlumatına görə, The Times of India xəbər verir ki, həbs edilən şəxs 2021-ci ildə ABŞ-a qanunsuz daxil olmaqda da ittiham olunur.
Harpreet Sinqh Hindistanda ən çox axtarılan terrorçu hesab olunur, qadağan olunmuş six separatçı qruplaşması Babbar Khalsa International (BKI) üçün Pəncabda terror təşkil etmək və ictimai ixtilafları qızışdırmaq üçün tapşırıqları yerinə yetirir, Cənubi Asiya respublikasının müxtəlif ştatlarında terror aktları həyata keçirmək üçün ekstremistləri silah və partlayıcılarla təchiz edirdi.

Hindistan hakimiyyətinin Harpreet Singhin cinayətlərinin araşdırılması və mühakimə olunması üçün ABŞ-dan vətəninə deportasiya edilməsinə başlayacağı gözlənilir.

Xəbər xətti