Qırğızıstanda günün ikinci zəlzələsi oldu

07:33 - 28 Mart 2025 - DÜNYA

Episentrdə 3,5 bal gücündə təkanlar Qırğızıstanın cənubunda, Özbəkistanla həmsərhəd olan Cəlal-Abad bölgəsində baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib.

Məlumata görə, ocağı 18 km dərinlikdə yerləşən yeraltı təkanların maqnitudası yerli vaxtla saat 07:17-də 3,5 bal olub. Tələfatı və dağıntı yoxdur.

Xəbər xətti