Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə KXDR lideri Kim Çen In “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” yubiley medalı ilə təltif edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Soka təqdim edib.
Diplomatik missiya qeyd edib ki, bu mükafat müttəfiq dövlətlər arasında hərtərəfli strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqidir.