Argentinalı futbolçu Dieqo Maradona ölümündən əvvəl 12 saat əzab çəkə bilərdi.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun ölümünün yeni təfərrüatları məhkəmə iclasında məhkəmə-tibb eksperti Karlos Maurisio Kazinelli tərəfindən açıqlanıb.
Yarılma zamanı məlum olub ki, Maradona ürəyinin çəkisi 503 qramdır - bu, böyüklər üçün normal çəkidən iki dəfə çoxdur. O, piylə örtülmüş və ölçüsü böyümüşdü.
Mütəxəssis qeyd edib ki, futbolçu ürəyində qan laxtası əmələ gəldiyindən əziyyət çəkirdi.
"Maradona noyabrın 25-i ən azı saat 12:30-a qədər heç bir testdən keçməli deyildi. O, 12 saat əzab çəkə bilərdi. O, evdə saxlanılacaq xəstə deyildi" - Kazinelli qeyd edib.