Yer maqnit qasırğasının pik həddini keçdi

09:34 - 27 Mart 2025 - Xəbər

Yer maqnit qasırğasının pik həddini keçib

Ucnoqtaa.az xəbər verir ki, Phobos hava mərkəzinin mütəxəssisi Mixail Leus Telegram kanalında bildirib ki, Yerin maqnit sahəsində pozuntuların pik həddi keçib.

Sinoptikin bildirdiyinə görə, maqnit qasırğasına səbəb növbəti dəfə Yerin Günəşdəki böyük tac dəliyindən çıxan sürətli, sıx və yüksək temperaturlu günəş küləyi axınına daxil olması olub.

Leus qeyd edib ki, martın 27-də maqnit qasırğalarının yaranma ehtimalı 50%, cümə günü isə 36% səviyyəsində qiymətləndirilir.

Xəbər xətti