Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Hadisə Şəki şəhər ərazisində baş verib.
Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar aparılır.