Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub.
Ucnoqta.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.
Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Xatırladaq ki, ABŞ-nin “German Marşal Fondunun” (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli də “QHT işi” ilə bağlı başladılan istintaqa cəlb olunub.