Bu gün Saakaşviliyə növbəti hökm oxunacaq

05:56 - 17 Mart 2025 - DÜNYA

Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq

Ucnoqta.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə hakim Mixail Cincoliya məlumat verib. Belə ki, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.

Onun sözlərinə görə, hökm hissəsi yerli vaxtla saat 11:00-da elan olunacaq.

Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Keçmiş ölkə başçısına qarşı 2014-cü ildə ittiham irəli sürülüb. 

Xəbər xətti