Beşqat “Qızıl top”un sahibi Kriştiano Ronaldo özünü dünya futbol tarixinin ən tam oyunçusu hesab edir.
Ucnoqta.az xəbər verir ki, Ronaldo bu barədə La Sexta telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, mən indiyə qədər mövcud olan ən mükəmməl oyunçuyam. Futbolda hər şeyi edirəm - başım yaxşıdır, cərimə zərbələrini yaxşı bacarıram, sol ayağım var, sağ ayağım var, güclüyəm. Kriştianonun mükəmməl olmadığını söyləmək yalandır, mən ən mükəmmələm. Düşünürəm ki, özümdən yaxşısını görməmişəm, bunu bütün qəlbimlə deyirəm” - portuqaliyalı deyib.
Ronaldonun 39 yaşı var və 2023-cü ildən "Əl Nəsr"də çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Bu mövsüm portuqaliyalı klubda 25 oyun keçirib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.