Çin ABŞ-ın ticarət tarifləri ilə bağlı ÜTT-yə müraciət edib

10:43 - 4 Fevral 2025 - DÜNYA

Çin artıq ABŞ-ın Çin mallarına 10% rüsum tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli mexanizmini işə salıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-a ixrac edilən Çin məhsullarına rüsumların tətbiqi ÜTT qaydalarını ciddi şəkildə pozur, zərərli xarakter daşıyır və birtərəflilik və ticarət proteksionizminin tipik təcrübəsidir.

Xəbər xətti