ABŞ-da qeyri-qanuni olan 200-dən çox Hindistan vətəndaşı ABŞ hərbi C-17 nəqliyyat təyyarəsi ilə öz ölkələrinə deportasiya edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NDTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, ABŞ-da qalma qaydalarını pozan hindlilərin deportasiyası üçün təşkil olunacaq “çoxlu uçuşlar”dan birincisidir.
Onların göyərtəsində olan təyyarə Texas ştatından havaya qalxıb.
Hindistanlıların ABŞ-dan təxliyəsi Cənubi Asiya respublikasının baş naziri Narendra Modinin gələn həftə Vaşinqtona səfər edəcəyi ilə bağlı xəbərlər fonunda baş verib. Bu, onun ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra ilk səfəri olacaq.