"8 ildir fəaliyyət göstəririk, heç vaxt nöqsan tutulmayıb" - Tanınmış kosmetoloq

16:19 - 25 Yanvar 2025 - Cəmiyyət

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib. Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Ucnoqta.az xəbər verir ki, klinikanın baş həkim Rəna Soltanova məsələ ilə bağlı mediaya açıqlama verib. O, baş verənlərlə bağlı bununları danışıb:

“Klinikamızda hər il yoxlama keçirilir. 8 ildir fəaliyyət göstəririk, amma heç vaxt nöqsan tutulmayıb. İndi nə oldu nöqsan aşkarlandı? Absurd səbəblər deyilir: deyir ki, soyuducuda niyə dərəcə ölçən yoxdur? Əgər həmin soyuducuda heç bir preparat saxlanılmırsa, nə edim dərəcəni? Biz ora sadəcə buz qoyuruq ki, prosedurdan sonra pasientin iynə vurulan yerinə qoyaq. Axı biz preparatları rəflərdə saxlayırıq, soyuducuya qoya bilmərik. Deyir yox, hər 30 dəqiqədən bir dərəcə ölçməlisiniz. Klinikamızda stomatoloq otağı var. Halbuki stomatoloq uzun müddətdir fəaliyyət göstərmir, amma əşyaları qalıb. Deyib ki, gəlib götürəcəyəm. Deyir, burada qeyri-qanuni əşyalar saxlayırsınız.

Tələb edirlər ki, lazer ustanız tibb bacısı olmalıdır. Soruşuram ki, xanımsınız, lazerə hara gedirsiniz? Cavab verir ki, gözəllik salonuna. Deyirəm, tibb işçisidir? Deyir, yox. Onlar salondu, lisenziyası yoxdur. İndi mən də lisenziyasız fəaliyyət göstərim?

Qanun qarşısında nəsə deyə bilmərəm. Amma bu qanunsuz bir hərəkətdir. Bununla bağlı lazımi yerlərə müraciət edəcəyəm. Burada ölüm olmayıb, niyə bağlayırsan klinikanı?

Xəbər xətti