Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.
Ucnoqta.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur.
Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.