İraq prezidenti seçkilərdə iştirakdan imtina edib

19:23 - 26 Yanvar 2026 - DÜNYA

İraq Prezidenti Əbdül Lətif Rəşid 27 yanvar tarixinə təyin olunmuş Nümayəndələr Şurası (parlament) seçkilərində namizədliyini geri götürüb.

Ucnoqta.az xəbər verir ki, bu iddia Shafaq News xəbər portalı tərəfindən irəli sürülüb.

Yüksək vəzifəli mənbənin məlumatına görə, Rəşidin prezidentlik yarışından imtina qərarı səsvermənin başlamasından 24 saatdan az müddət əvvəl verilib. Onun səbəbləri barədə məlumat hələ açıqlanmayıb.

Dövlət başçısının özü hələlik bu məlumata rəsmi olaraq münasibət bildirməyib.

Xəbər xətti