Məhkumun evdə gizlətdiyi avtomat silah aşkarlanıb

12:34 - 27 Yanvar 2026 - Xəbər

Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb.

Bu barədə Ucnoqta.az -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti