Ucnoqta.az
www.ucnoqta.az

Nazir direktoru İŞDƏN ÇIXARDI

11:58 - 24 Yanvar 2025 tarixində dərc olunub.

Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.

Ucnoqta.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.

Müəllif: Ucnoqta.az redaksiyası