Somalinin yarı muxtar Puntland bölgəsinin sahillərində ən azı 110 ölü delfin tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi bölgənin balıqçılıq naziri Abdirizak Abdullahi Hagiaya istinadən məlumat yayıb.
Məlumata görə, delfinlərin ölüm səbəbi hələ müəyyən edilməyib.
“Hələlik biz bilirik ki, onların ölümünə torlara düşmək səbəb olmayıb, çünki delfinlərin üzərində heç bir yara izi yox idi”, - o agentliyə bildirib.
O, həmçinin əlavə edib ki, məmurlar delfinlərin zəhərli maddələrdən zərər çəkdiyinə inanmır, çünki ərazidəki balıqlara zərər dəyməyib.