Səudiyyə Ərəbistanı çempionatının matçında portuqaliyalı Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” “Əl-Fateh”ə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb. İlk hissədə “Əl-Fateh”in yarımmüdafiəçisi Mərvan Saadane 41-ci dəqiqədə avtoqolla fərqlənib.
“Əl-Nasr”ın müdafiəçisi Məhəmməd Simakan 57-ci dəqiqədə, Murad Batna isə 72-ci dəqiqədə daha bir qol vurub. 87-ci dəqiqədə Ronaldo karyerasının 920-ci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Portuqaliyalının 90+6-cı dəqiqədə vurduğu daha bir qol oyundankənar vəziyyət səbəbindən ləğv edilib.
Bu qələbə ilə “Əl-Nasr” 35 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Çempionata hərəyə 43 xalla “Əl-Hilal” və “Əl-İttihad” başçılıq edir.