İdman və gənclərlə bağlı iş sahəsində də problemlər var.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.
Deputat hər iki sahə üzrə problemlərin həlli üçün İşçi qruplar yaradılmasını təklif edib: “İdman sahələrinin maliyyələşməsinə sponsorların cəlb olunmasına köməyə ehtiyac var. Biz bu problemlərin həlli üçün dinləmələr keçirməliyik. Dinləmələr problemlərin həllinə hansısa şəkildə təsir edə bilər”.
Müşfiq Cəfərov qeyd edib ki. Gəncə MDB-nin idman paytaxtı seçilib: “Bu tədbir 7000 idmançının iştirakı ilə keçiriləcək. Bölgədə ilk dəfə bu cür tədbir keçiriləcək, bu qədər idmançı gələcək".