İsrailin baş naziri Benyamin Netanyahu bazar günü prostat vəzini çıxarmaq üçün əməliyyat olunacaq.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
Məlumata görə, dekabrın 25-də hökumət başçısı Hadassax xəstəxanasında müayinə olunub və ona prostat vəzinin xoşxassəli hiperplaziyası nəticəsində yaranan sidik yollarının infeksiyası diaqnozu qoyulub.
Bildirilir ki, bunun ardınca sabah baş nazir prostat vəzinin çıxarılması üçün əməliyyat keçirəcək.
Tam məlumat daha sonra veriləcək.