Külli miqdarda narkotikin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:12 - 28 Dekabr 2024 - Xəbər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Belə ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülmüşdür.

Xəbər xətti