Ukrayna ABŞ və Dünya Bankından 485 milyon dollar alıb

18:44 - 27 Dekabr 2024 - DÜNYA

 Ukrayna ABŞ və Dünya Bankından Sülh Ukraynada investisiya layihəsi vasitəsilə 485 milyon dollar alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.

“Bunun 465 milyon dolları ABŞ tərəfindən USAİD vasitəsilə ayrılıb”, - deyə baş nazir qeyd edib.

Yığılan vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.

Xəbər xətti