Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, mərhum hörmətli şəxsə ehtiram əlaməti olaraq, 26/12/2024-cü ildən 01/01/2025-ci il daxil olmaqla bütün Hindistanda yeddi günlük dövlət matəm elan ediləcək.
Bu müddət ərzində bütün Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbirləri keçirilməyəcək.
Hakimiyyət də dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qərar verib.
Manmohan Sinqh dekabrın 26-da 92 yaşında vəfat edib.