Ərazilərdən asılı olaraq fərqli qaz limitinin tətbiqi təklif olunmalıdır - Deputat

13:24 - 27 Dekabr 2024 - Cəmiyyət

Azərbaycanda ərazilərindən asılı olaraq fərqli qaz limitlərinin tətbiqi təklif olunub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikası, dağətəyi və dağlıq rayonlara yanaşma Aran və Mil-Muğan zonalarından fərqli olmalıdır: "Bu rayonlarda qışın müddəti uzundur. Bəzən şaxtanın dərəcəsi mənfi 40-a qalxır. Şaxtalı havada istiliyə ehtiyac var”.

Deputat bunları nəzərə alaraq, Naxçıvana fərqli limitlərin tətbiq olunmasına ehtiyac olduğunu vurğulayıb: “Çalışmalıyıq ki, orada yaşayan insanların da istiliklə təminatı yüksək səviyyədə həyata keçsin".

Xəbər xətti