Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qhebreyesusun Səna beynəlxalq hava limanında İsrailin hava hücumu zamanı görüntüləri yayımlanıb.
Ucnoqta.az xəbər verir ki, o, bundan əvvəl xəsarət almadığını bildirmişdi. Qebreyesus bildirib ki, o, Yəmənin paytaxtına BMT əməkdaşlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq və ölkədəki humanitar vəziyyəti qiymətləndirmək üçün gəlib.
Ağ Ev bundan əvvəl İsrailin Səna beynəlxalq hava limanına və Yəməndəki digər mülki infrastruktura zərbələri ilə bağlı şərh verməkdən imtina edib.