Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş E.Zöhrabov müəyyən olunaraq saxlanılıb.