Livanda ən azı 241 tibb işçisi həlak olub

10:06 - 2 Dekabr 2024 - DÜNYA

İsrail ilə şiə "Hizbullah" qruplaşması arasında ötən ilin oktyabrında başlayan döyüşlər nəticəsində Livanda ən azı 241 tibb işçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu məlumatlar BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) Livandakı hesabatında verilib.

Qeyd olunur ki, 2023-cü il oktyabrın 8-dən indiyədək səhiyyə müəssisələrinə qarşı 158 hücum olub, nəticədə 241 tibb işçisi həlak olub, 292 nəfər isə peşə vəzifələrini yerinə yetirərkən yaralanıb.

Xəbər xətti