Yeni Zelandiyanın paytaxtı Vellinqton yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Geologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, zəlzələ paytaxtdan 80 km qərbdə, 5 minə yaxın insanın yaşadığı kiçik Pikton kəndi yaxınlığında baş verib.
Yeraltı təkanların mənbəyi 35 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.