Livanda "Hizbullah"ın iki səhra komandiri öldürülüb

10:33 - 3 Noyabr 2024 - DÜNYA

İsrail hərbçiləri Livanın cənubundakı Hiam bölgəsində "Hizbullah"ın silahlı qanadının iki səhra komandirini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Hiam bölgəsində "Hizbullah" komandiri Faruk Əmin Alasini və Radvan xüsusi təyinatlılar dəstəsinin komandiri Yusef Əhməd Nunu öldürüb.
Qeyd olunur ki, İDF əsgərləri Livanın cənubunda əməliyyatları davam etdirir.
Həmçinin, İsrail əsgərləri bölgədə yaxın döyüşlər və hava zərbələri zamanı bir neçə "Hizbullah" əməliyyatçısı və "Radvan" döyüşçüsünü öldürüb, həmçinin çoxlu sayda silah-sursat aşkarlayıb.

Xəbər xətti