Dünyanın ən yaraşıqlı kişisi AÇIQLANDI

12:46 - 11 Oktyabr 2024 - MARAQLI

34 yaşlı britaniyalı aktyor Aaron Teylor-Conson dünyanın ən yaraşıqlı kişisi elan edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Bu nəticəyə Londondan olan estetik cərrah, doktor Julian De Silva gəlib – o, aktyorun üzünü qızıl nisbət qaydası ilə əlaqələndirib.
Ekspertin sözlərinə görə, onun nisbətləri 93,04 faiz mükəmməlliyə yaxındır.

"Emily in Paris" serialının ulduzu, 32 yaşlı aktyor Lüsyen Laviskont 92,41 faizlə ikinci yeri tutub.
 Üçüncü yerdə 92,38 faiz toplayan 28 yaşlı aktyor Pol Meskal qərarlaşıb.

Xəbər xətti