Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndində baş verib.
Kənd sakini 1973-cü il təvəllüdlü Orucov Nəzər İsfəndiyar oğlu qonşusunun evinin damını təmir edərkən yıxılıb.
51 yaşlı N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına yərləşdirildikdən bir neçə saat sonra orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.