Keçmiş nazir Hindistana qaçmaq istəyərkən saxlanılıb

15:50 - 6 Avqust 2024 - DÜNYA

Poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak qonşu Hindistana uçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər portalı məlumat yayıb.

Bir sıra KİV-lər həmçinin ölkənin polis istintaq idarəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlandığını yazsa da, onun özü xaricə getməsi ilə bağlı deyilənləri əsassız adlandırıb.

Xəbər xətti