Rostovda PUA-nın hücumundan sonra neft emalı zavodunda yanğın olub

08:05 - 6 İyun 2024 - DÜNYA

Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vasili Qolubev Telegram kanalında məlumat verib.

 İlkin məlumata görə, itki olmayıb. Yanğının söndürülməsinə 120-yə yaxın canlı qüvvə və 15 texnika cəlb olunub. Eyni zamanda qeyd edib ki, PUA-nın təkrar hücumu səbəbindən yanğınsöndürmə işləri dayandırılıb, bu müddət ərzində şəxsi heyət təhlükəsiz məsafəyə çıxarılıb.

Xəbər xətti