Səudiyyə Ərəbistanı kralı pnevmoniyadan müalicə olunduqdan sonra iclas keçirib

00:13 - 29 May 2024 - DÜNYA

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səid pnevmoniyadan müalicə olunduqdan sonra Nazirlər Kabinetinin iclasına sədrlik edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Məçumata görə, kral videokonfrans vasitəsilə görüşü keçirib. İclasda digər hökumət üzvləri arasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, eyni zamanda krallığın baş naziri olan Məhəmməd bin Salman Əl Səid da olub. Tipik olaraq, kral və vəliəhd hər çərşənbə axşamı hökumət məsələlərini müzakirə etmək üçün toplaşan kabinet iclaslarında şəxsən iştirak edirlər.

Xatırladaq ki, aprelin 24-də Salman bin Əbdüləziz adi tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib.

Xəbər xətti