Futbol meydançasında məşqçini ildırım vurub öldürdü

00:15 - 24 May 2024 - HADİSƏ

 Fransanın şimalında yerli komandanın məşq etdiyi futbol meydançasını ildırım vurması nəticəsində bir nəfər ölüb, ən azı iki nəfər xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti yazıb.

Hadisə Kurye kommunasında təxminən axşam saat 8 radələrində baş verib. Hadisə yerinə gələn xilasedicilər futbol məşqçisi olan 33 yaşlı kişinin öldüyünü təsdiqləyib. Xəstəxanaya yerləşdirilən xəstələrdən birinin ayağında yanıq, ikincisi isə döş qəfəsində ağrılardan şikayətlənib.

Hadisə zamanı stadionda 33 nəfər olub. Yerli prefekturadan verilən məlumata görə, onlar şok vəziyyətindədirlər, lakin özləri yaxşıdır.

Xəbər xətti