Tovuzda 3 nəfər dəm qazından zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakinləri 1970-cı il təvəllüdlü Gülşən Əmrahova, onun oğlu 2000-ci il təvəllüdlü Əmrah Əmrahov və gəlini 2004-ci il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Müayinə zamanı Gülşən Əhmədovanın öldüyü məlum olub, digər iki nəfərin isə vəziyyətinin orta ağır olduğu bildirilir.